Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salıb.
Aktualtv.az xəbər verir ki, jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə ehtiyac yoxdur” yazılıb.

Türkiyə bütün qurumlarının və ictimaiyyətinin dəstəyi ilə zəlzələ üçün səfərbər olarkən, daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı zəlzələni ələ salıb və “günün rəsmi” kimi təxribat xarakterli karikatura dərc edib. İnsanlıqdan, vicdandan uzaq olan rəsmdə xaraba binalar təsvir edilib, “Türkiyə zəlzələsi” ifadəsi işlədilib, “Tank göndərməyə belə ehtiyac yoxdur” şərhi yazılıb.
Təkəbbürlü karikatura jurnalın Twitter hesabında yayımlanıb.










