Dağıntılar altından çıxarılan tələbələrlə bağlı rəsmi – Açıqlama

Ötən gün Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə məlumatlar yayılıb. Lakin adları çəkilən tələbələrin harada olmasına dair xəbər verilməyib.
Modern.az-ın əməkdaşı Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva ilə əlaqə saxlayaraq, tələbələrin xilas edilməsi barədə məlumatlara münasibət öyrənib.

Onun sözlərinə görə, səfirlik həmin tələbələrlə əlaqə qura bilməyib.  

“Hazırda tələbələrin dağıntılar altından çıxarılması ilə bağlı məlumat yoxdur. Burada dövlət qurumları çox gərgin vəziyyətdə işləyir. Tələbələrin çıxarılması ilə bağlı bizə dövlət qurumlarından rəsmi təsdiq gəlməyib. Biz sizin vasitənizlə müraciət edirik ki, tələbələrin yaxınları məlumat ala bilirsə, bizimlə əlaqə saxlasınlar”,- deyə səfirlik rəsmisi bildirib.  

Qeyd edək ki, S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir. 

Dağıntılar altından çıxarılan tələbələrlə bağlı rəsmi - Açıqlama

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]