“Heç kimə evlərində qalmağa icazə vermirlər” – Cahangir Novruzov

“Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik”.

Aktualtv.az xəbər verir ki, bu sözləri Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov prodüser Vasif Ayanla telefon danışığı zamanı deyib.

“Orada bir yarımqatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər”, – o əlavə edib.  

Novruzov bildirib ki, Adanada 3-4 bina çöküb: “Biri 17, digəri 14 mərtəbədir. İnanın, evə oxşamırlar, elə bil inşaat dağıntısı, çöplüyüdür. Altında nə qədər insanlar, öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi odur ki, gecə sel kimi yağış yağdı. O insanları xilas edilsələr də sətəlcəmdən ölə bilərlər. Belə bir Allahın bəlası yaşandı buralarda”.

Xalq artisti vəziyyətlərinin yaxşı olduğunu qeyd edib: “Çox şükür, biz pis deyilik, ailəmiz qorxub, nəvəm də yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun bizə. Maraqlandığnız üçün çox sağ olun”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]