İsraili qış qasırğası bürüyüb – Özəl

Ölkə ərazisində leysan və tufan müşahidə olunub. Bəzi yerlərdə küləyin sürəti ən yüksək həddə çatıb ki, bu da Bofort şkalası üzrə “şiddətli tufan” deməkdir.

Aktualtv.az xəbər verir ki, “Barbara” adlandırılan qasırğa Tel-Əvivdə İsrailin ən böyük dənizkənarı aqlomerasiyasına da təsir edib. Sahilyanı kafe və restoranların terrasları bağlanıb. İkisi azyaşlı olmaqla 9 nəfər xəsarət alıb. Meteoroloqların proqnozlarına görə, Kipr və Yunanıstandan gələn “Barbara”nın yaratdığı əlverişsiz hava ən azı cümə axşamına qədər davam edəcək.

Sinoptiklər çərşənbə axşamı temperaturun aşağı düşəcəyini, lakin yağış və küləyin davam edəcəyini proqnozlaşdırır. Dalğanın hündürlüyü isə 8 metrə çatacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]