Türkiyədə baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Aktualtv.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər bayraqlar yarıda qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada, “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkürümüzü bildiririk”-deyə bildirilib.
NATO-nun sözçüsü Oana Lungesku da bildirib ki, NATO üzvü olan ölkələr zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər ediblər.
Murad Həsənov /aktualtv.az










