“Nüvə dövlətləri nüvə silahından ilk istifadə edən tərəf olmamalıdır və bundan imtina etməlidir”
Aktualtv.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, tərksilahın başlanması istiqamətində işləməyin vaxtıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yaydığı hesabata görə, Rusiya 6 min 255 nüvə başlığı ilə dünyada birincidir. Rusiyanın sahib olduğu nüvə silahlarının sayında 2020-ci illə müqayisədə keçən il 120 azalma olub. Hazırda Rusiyanın 1 800 yerləşdirilmiş nüvə başlığı mövcuddur.
Digər tərəfdən ABŞ 5 550 nüvə silahına malikdir və bu iki ölkə dünyadakı nüvə silahının 90%-dən çoxuna sahibdir. Qərb Blokuna daxil olan Fransada 290, İngiltərə isə 225 nüvə başlığı var.
Büllur Məmmədova / aktualtv.az










