Ukrayna ordusu Rusiyanın döyüş təyyarəsini vurub – Özəl

Ukrayna ordusu Donetsk vilayətində Bəhmutda Rusiyaya məxsus Su-25 tipli döyüş təyyarəsini vurub.

Aktualtv.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətindən edilən açıqlamada, “Mühafizəçilərimiz portativ zenit-raket kompleksindən atəş açaraq Rusiyanın Su-25 döyüş təyyarəsini vurublar. Təyyarə raket zərbəsi nəticəsində alovlanıb və qəzaya uğrayıb”- deyə bildirilib. Pilotların taleyinin hələlik məlum olmadığı bildirilib.

Digər tərəfdən, Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiya ordusunun son 24 saat ərzində 6 raket və 24 hava hücumu təşkil etdiyi bildirilib. Rusların Xarkov, Donetsk, Dnepr və Xerson vilayətlərində mülki infrastrukturlara çoxsaylı raket sistemləri ilə 75 hücum təşkil etdiyi, dinc sakinlər arasında itkilərin olduğu bildirilib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]