Ölkənin Maliyyə Naziri Canet Yellen bu barədə xəbərdarlıq edib. Bildirib ki, borc tavanını artıra bilməsələr bu qaçılmaz olacaq.
Aktualtv.az xəbər verir ki, Konqresin federal hökumətin borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməməsi defolt ehtimalını artırıb. Konqresdəki ziddiyyətin səbəbkarı isə respublikaçılardır. Onlar hökumət büdcəsi əhəmiyyətli dərəcədə azaldılmazsa borc tavanının artırılmasına razılıq verməyəcəklərini bildirirlər.
Demokratlar isə büdcəni kəsmədən borc tavanını qaldıran qanun layihəsini qəbul etməyə çalışır və defolt böhranına görə Respublikaçıları günahlandırırlar. Nümayəndələr Palatasının respublikaçı spikeri Kevin Makkarti ortaq yol tapmaq üçün demokratları danışıqlara çağırıb.
Qeyd edək ki, Birləşmiş Ştatların ikinci ən böyük bankı Bank of America-nın baş direktoru Brayan Moynihan da borc defoltuna hazırlaşdıqlarını elan edib.
Murad Həsənov /aktualtv.az










