Seysmoloqlar Ölü dəniz bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Aktualtv.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanların episentri Aralıq dənizi sahillərində, İsrailin Netanya şəhərindən 39 km şimal-şərqdə (224 min nəfər) və Fələstinin Nablus şəhərindən 13 km şimalda (əhali 130 min nəfər) yerləşib.
İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Yerusəlim, Kfar Saba və Təl-Əviv də daxil olmaqla, İsrailin bir sıra şəhərlərinin sakinləri yeraltı təkanları hiss ediblər. İtki və ya tələfat barədə məlumat verilməyib. İsrail ordusunun komandanlığı zəlzələnin ölkə vətəndaşları üçün ciddi təhlükə yaratmadığını, həyəcan təbili çalmadığını qeyd edib.
Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verən 7,7 bal gücündə zəlzələdən sonra bölgədə seysmik aktivlik davam edir. Son məlumatlara görə, Türkiyədə təxminən 5,9 min insan həyatını itirib. Yüzlərlə afterşoklardan sonra yeraltı təkanlar ölkənin 10 əyalətində və qonşu ölkələrdə, o cümlədən İsraildə hiss olunub.
Səbinə Kərimova /aktualtv.az










