Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi yanvarın 28-də baş vermiş zəlzələdən zərər çəkən İrana 35 ton humanitar yardım çatdıracaq.
Aktualtv.az xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respublikasına humanitar yardım çatdırmaq üçün Jukovski hava limanından havaya qalxıb. Rusiya hökumətinin göstərişi ilə ümumi çəkisi 35 ton olan humanitar yük gətiriləcək. Buraya yanvarın 28-də ölkənin şimal-qərbində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş vətəndaşların prioritet həyat təminatı üçün lazım olan hər şey daxildir”, – deyə mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, yüklərə şəkər, un, bitki yağı, çadırlar, isti yorğanlar, sobalar və səyyar elektrik stansiyası daxildir.
Etibar Məmmədov / aktualtv.az










