Sanksiyalar humanitar yardım səylərinə mane olur – Özəl

Birləşmiş Ştatlar və Avropa İttifaqının sanksiyaları Suriyadakı humanitar yardım səylərinə mane olur.

Aktualtv.az xəbər verir ki, bu isə resursları onsuz da məhdud olan hökumətin gördüyü tədbirlərin miqyasını daraldır. Axtarış və xilasetmə işləri ləng getdiyi üçün insanların sağ qalmaq şansı da azalır.

Suriyanın BMT-dəki nümayəndəsi vəziyyətlə bağlı quruma üzv ölkələrə müraciət etdiklərini deyib. “Bir çox təyyarə, yük təyyarələri, Birləşmiş Ştatlar və Avropa İttifaqının sanksiyalarına görə Suriya hava limanlarına enməkdən imtina edir. Humanitar yardım göndərmək istəyən ölkələr belə, sanksiyalara görə təyyarələrdən istifadə edə bilmirlər. Təbii ki, hökumətin imkanlarının yetərli olmaması və avadanlıq çatışmazlığının əsas səbəbi ölkədəki vəziyyətlə yanaşı sanksiyalardır. Bu vəziyyətdən çıxmağımıza kömək etməsi üçün Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrə müraciət edirik. Suriyanın bu yardıma həqiqətən də ehtiyacı var.”

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]