Son 20 ilin ən ölümcül zəlzələləri – Özəl

Aktualtv.az xəbər verir ki, Reuters xəbər agentliyi son 20 ildə dünyada baş verən ən ölümcül zəlzələlərin siyahısını tərtib edib:

14 avqust 2021, Haiti: 7,2 bal gücündə zəlzələ nəticəsində 2200-dən çox insan həlak olub, təxminən 13000 ev dağılıb və ya zədələnib

28 sentyabr 2018, İndoneziya: Sulavesi adasında 7,5 bal gücündə zəlzələ 1,5 metr hündürlüyündə sunamiyə səbəb olub. 4300-dən çox insan ölüb.

13 noyabr 2017, İran: Şərqi Kirmanşah bölgəsində baş verən 7,3 bal gücündə zəlzələdə 400-dən çox adam ölüb. İraqda da azı 6 nəfər ölüb.

19 sentyabr 2017, Meksika: Mərkəzi Meksikada baş verən 7,1 bal gücündə zəlzələ azı 369 nəfərin həyatına son qoyub.

24 avqust 2016, İtaliya: Romanın şərqində 6,2 bal gücündə zəlzələ nəticəsində 300 nəfər həlak olub.

16 aprel 2016, Ekvador: 7,8 bal gücündə zəlzələ nəticəsində 650-dən çox insan ölüb.

26 oktyabr 2015, Əfqanıstan: Əfqanıstan və Pakistanda 7,8 bal gücündə zəlzələ nəticəsində 400-dən çox insan həlak olub.

25 aprel 2015, Nepal: 7,8 bal gücündə zəlzələ nəticəsində 9000-dən çox insan ölüb.

3 avqust 2014, Çin: 6,3 bal gücündə zəlzələ nəticəsində ən azı 600 nəfər ölüb.

24 sentyabr 2013, Pakistan: 7,7 və 6,8 bal gücündə zəlzələlərdə 825-dən çox adam ölüb.

11 avqust 2012, İran: Təbriz yaxınlığında baş verən 6,4 və 6,3 bal gücündə zəlzələlərdə ən azı 300 nəfər ölüb.

23 oktyabr 2011, Türkiyə: 7,2 bal gücündə zəlzələdən 600-dən çox insan ölüb.

11 mart 2011, Yaponiya: 9 bal gücündə zəlzələ və ardından gələn sunami nəticəsində təxminən 15700 nəfər ölüb, 5.700 nəfər yaralanıb.

12 fevral 2011, Yeni Zelandiya: 6,3 bal gücündə zəlzələdə 180 nəfər öülb.

27 fevral 2010, Çili: 8,8 bal gücündə zəlzələ və sonrakı sunami 500-dən çox insanın ölümünə və yüz minlərlə evi dağılmasına səbəb olub.

13 yanvar 2010, Haiti: Port-au-Prins şəhəri 7 bal gücündə zəlzələdən viran qalıb, təxminən 316 min insan ölüb, 80 minə yaxın bina dağıdılıb.

12 may 2008, Çin: 7.8 bal gücündə zəlzələdə təxminən 87600 nəfər öldü.

26 dekabr 2004, Asiya: Sumatra sahillərində 9,15 bal gücündə zəlzələ İndoneziya, Tailand, Hindistan, Şri Lanka və regionun bir çox başqa ölkələrini vuran sunamiyə səbəb olub, kəndləri və turist adalarını dağıdıb. Təxminən 230 000 adam ölüb və ya itkin düşüb.

8 oktyabr 2005, Pakistan: 7,6 bal gücündə zəlzələdə ən azı 73 min insan ölüb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]