İndoneziyanın Qərbi Papua əyalətində Susi Air təyyarəsinin Yeni Zelandiyalı pilotu və beş sərnişini silahlılar tərəfindən girov götürülüb.
Aktualtv.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins bildirib.
Yeni Zelandiya radiosuna danışan Hipkins bunları deyib:
“Hökumət vəziyyətdən xəbərdardır və Yeni Zelandiyanın İndoneziyadakı səfirliyinin əməkdaşları bu məsələ üzərində işləyirlər. Onlar hələ bizə baş verənlərin və vəziyyəti həll etmək üçün nə etdiklərinin bütün təfərrüatlarını açıqlamayıblar, lakin məsələ üzərində işləndiyini bilirik”.
Həmçinin bildirilib ki, Azad Papua Hərəkatının (İndoneziyada terrorçu qurum hesab olunur) separatçı təşkilatının hərbi qanadı – Qərbi Papua Milli Azadlıq Ordusu hücuma görə məsuliyyəti öz üzərinə götürərək, pilotun İndoneziya hökuməti gələnə qədər buraxılmayacayını bildirib.
Səbinə Kərimova /aktualtv.az










