Türkiyə vətəndaşları Azərbaycana təxliyə olunacaq? – RƏSMİ

Dünəndən etibarən quru yolu vasitəsilə 201 nəfər vətəndaşımız zəlzələ bölgəsindən təxliyə olunub.

Bunu Aktualtv.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında bir neçə Türkiyə vətəndaşı da var: 

“Onlar da təxliyə olunublar. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar. Bu gün neçə nəfərin təxliyə olunacağı hələ tam dəqiq deyil. Bu, yalnız siyahıya alınmadan asılıdır. Ondan sonra tam dəqiq say deyə bilərik”.

Zəlzələ bölgəsindən Türkiyə vətəndaşlarının təxliyəsinin davam etdirilməsinə gəlincə, A.Hacızadə qeyd edib:

“Bu, ehtiyaclardan və siyahıya alınmadan asılıdır. Amma Azərbaycan tərəfi bütün istiqamətlərdə vətəndaşlarımıza və ehtiyacı olan şəxslərə yardım etmək istiqamətində səylərini davam etdirir. Dünən təxliyə olunanlar arasında 3 Türkiyə vətəndaşı da olub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]