Türklər Azərbaycandakı bu fotodan DANIŞIR

Türkiyəni sarsıdan zəlzələ böyük dağıntılara və can itkisinə səbəb olub. Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələrindən Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım toplanılır.

Ölkəmizdə qısa zaman ərzində qardaş Türkiyəyə çox sayda yardım toplanılıb.Türklər demiş “7-dən 70-ə” kimi hər kəs qardaş ölkə üçün əllərindən gələn köməyi əsirgəmir.

Bu gün həm Azərbaycan, həm də Türkiyə mediasında yardıma tələsən “07” markalı avtomobilin fotosu gündəm olub. Belə ki, Türkiyə bayrağı asılan maşının üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb.

Qısa zamanda Türkiyə sosial şəbəkələrində “07” markalı avtomobilin fotosu hər yerdə paylaşılıb. Türk qardaşlarımız azərbaycanlı şəxsin bu fotosunu təqdirəlayiq hal kimi qiymətləndiriblər. Bununla yanaşı, 2 milyondan çox izləyicisi olan “Onediocom” hesabı sözügedən fotonu paylaşaraq, “Azerbaycan, Baküden bir fotoğraf…” , – şərhini yazıb. Fotoya çox sayda bəyəni və şərh gəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]