ÜST-nin Avropa Regional Direktoru Dr. Hans Kluge, dünən ÜST-ün Türkiyə və Suriyanın şimal-qərb bölgələrini təsir edən iki böyük zəlzələdən sonra ən yüksək səviyyə 3-cü səviyyə “Fövqəladə vəziyyət” elan etdiyini açıqladı.
Aktualtv.az xəbər verir ki, ÜST-ün 3-cü səviyyə fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və bu, ÜST-ün bütün aktivlərinin səfərbər etməsi deməkdir.
Dr. Kluge verdiyi açıqlamada, “öz həyatları təhlükə altında olmasına rəğmən ilkin müdaxilələri edən Qaziantepdəki sahə ofisimizdə olan ÜST əməkdaşlarını təqdir edirəm ” deyib.
Daha sonra o, üzv dövlətlərə göstərdikləri böyük həmrəyliklərinə görə təşəkkür edib. Beynəlxalq ictimaiyyəti dəstəyini artırmağa səsləyib, Türkiyə hökuməti və ÜST ilə tam koordinasiyanı təmin etməyə dəvət edib.
Etibar Məmmədov / aktualtv.az










