İnsan tələfatının sayı şokedici və dəhşətlidir – Özəl

ABŞ dövlət katibi Entoni Blinken həlak olanlar üçün dünyanın yas tutduğunu bildirib.

Aktualtv.az xəbər verir ki, “Biz hər kəslə birgə həlak olanlar üçün yas tuturuq, fikrimiz yaxınlarını itirənlərin yanındadır. İndiyədək Türkiyəyə 150-dən çox axtarış-xilasetmə personalı göndərmişik. ABŞ-nin helikopterləri var ki, onlar girişi çətin olacaq ərazilərə çatmağa kömək edə bilər”, – deyə Blinken bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, ölkəsi Suriyaya da yardım edir: “Suriyada bizim illərdir maliyyələşdirdiyimiz və ehtiyacı olanlara xilasedici yardım göstərən QHT tərəfdaşlarımız var. Hər iki ölkəyə biz təcrübəli fövqəladə hallar üzrə ekspertləri, təhlükəli materiallar üzrə texnikləri, mühəndisləri, logistikləri, feldşerləri, planlaşdırıcıları göndərmişik”.

Blinken deyib ki, qarşıdakı günlərdə həm Türkiyə, həm də Suriyaya əlavə hansı dəstəyin göndərilməsi barədə açıqlamalar olacaq .

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]