İranın Xoy şəhərində baş verən zəlzələnin dağıntıları artır – Özəl

İranın Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13 min 200-ü keçib.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər verib. Onun sözlərinə görə, 21 min 500 ev mütəxəssislər tərəfindən yoxlanılıb. Zərər görən evlərin 2 min 120-i yenidən tikilməli, 11 min 100 ev isə təmir edilməlidir.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]