Müdafiə Nazirliyi Türkiyəyə zəruri tibb ləvazimatları GÖNDƏRDİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.

Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]