Müharibənin gərginləşməsinə səbəb ABŞ-dir – Özəl

Birləşmiş Ştatlar Rusiyanı düşmən kimi qəbul edir və Ukraynadakı münaqişədə iştirakını genişləndirir, bu isə daha da gərginləşməyə səbəb olur.

Aktualtv.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Birləşmiş Ştatlar ölkəmizə qarşı düşmən münasibətini bəsləyir. ABŞ bizi rəqib kimi qəbul edir. Vaşinqton Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını daha da genişləndirmək üçün siyasi iradəsini bəyan edir”, – deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Peskov həmçinin qeyd edib ki, Vaşinqton Ukraynanı münaqişənin daha da gərginləşməsinə təhrik edir.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]