Özbəkistan səhra xəstəxanasının yaradılması üçün Türkiyəyə avadanlıq və 71 nəfərlik həkim briqadası göndərib.
Aktualtv.az xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, prezident Şevkət Mirziyoyevin göstərişi ilə Müdafiə Nazirliyinə tabe olan 71 nəfərdən ibarət hərbi tibb heyəti müalicə olunmaq üçün Türkiyəyə səhra hospitalının yaradılmasına göndərilib.
Açıqlamada qeyd olunub ki, Daşkənddən Qaziantepə uçan təyyarədə tam təchiz olunmuş səhra xəstəxanası üçün lazım olan avadanlıqlar, həmçinin dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım olub.
Xatırladırıq ki, Özbəkistan hökuməti daha əvvəl 100 nəfərlik xilasetmə qrupu ilə Türkiyəyə humanitar yardım göndərmişdi.
Etibar Məmmədov / aktualtv.az










