Uzaq Şərq Gömrük İdarəsi Asiya-Sakit okean regionu ölkələrindən avtomobil idxalı üzrə rekorda imza atıb – ildə 203 min avtomobil.
Aktualtv.az xəbər verir ki, bu barədə jurnalistlərə DVTU-nun rəhbəri Yuri Ladugin məlumat verib.
“Keçən il biz nəqliyyat vasitələrinin idxalı və qeydiyyatı üzrə rekord qırdıq, ümumi rəqəm 203 min nəqliyyat vasitəsidir. 2020-ci ili götürsək bu rəqəm 100 mindən az idi. Avtomobil axını hər zaman olduğu kimi ən çox Yaponiyadan idxal edilsə də, biz keçən il Koreyadan gətirilən avtomobillərin də artdığını görürük və eyni zamanda da Çindən də yeni avtomibil idxalı olub”.
O qeyd edib ki, gömrük bu istiqamətdə iş yerlərinin sayını artırıb.
Laduginin sözlərinə görə, qeydiyyata alınan avtomobillərin sayında pik nöqtə noyabrda olub – 28 min avtomobil. 2022-ci ilin yanvar ayında Vladivostokda 9 mindən bir qədər çox avtomobil qeydiyyata alınıb, dekabrda isə u rəqəm artaraq 26,5 min olub.
Ötən il Uzaq Şərqdən gətirilən avtomobillərin 98%-i Vladivostok gömrüyündən keçib ki, bu da 197 mindən çox avtomobil deməkdir.










