Rusiyanın Novosibirsk şəhərində güclü partlayış – Ölən və yaralananlar var – Özəl

Novosibirskdə binada baş verən qaz partlayışı nəticəsində yaralananların sayı biri uşaq olmaqla 7 nəfərə çatıb.

Aktualtv.az xəbər verir ki, bu barədə TASS-a səhiyyə xidmətindən məlumat verilib.

“7 yaralı arasında azyaşlı var və daha iki nəfər ölüb”- deyə, mənbədən bildirilib.

Mənbə əlavə edib ki, yaralanan və ölənlərin sayı arta bilər. Altında insanların qala biləcəyi dağıntılar təmizlənir.

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli binanın ikinci girişinin 3-cü mərtəbəsində yerləşən mənzildə təbii qaz partlayışı baş verib. Partlayış sahəsində 50 nəfər təxliyə edilib. 1966-cı ildə tikilmiş binada ümumilikdə 60 mənzil var.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]