Şəhid atası 43 saat polis bölməsində saxlanılıb? – DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.

Yayılan fotonun gecə saat 2 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çəkildiyi, şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı iddia olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, həmin vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib. O, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Həmçinin qeyd olunub ki, şəhid atasının 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]