SpaceX Ukraynada hərbi pilotsuz təyyarələrin Starlink peyk rabitə şəbəkəsinə çıxışını məhdudlaşdırıb.
Aktualtv.az xəbər verir ki, bu barədə SpaceX-in prezidenti Qvin Şotvel bildirib.
Şirkət prezidenti Qvin Şotvel Starlink-in “silah kimi istifadəsinin nəzərdə tutulmadığını” deyib.
Vaşinqtonda keçirilən konfransda şirkət prezidenti çıxış edərkən bunları deyib:
“Bizim onların (Ukrayna Silahlı Qüvvələrinin) imkanlarını məhdudlaşdırmaq üçün edə biləcəyimiz şeylər var və biz bunu etdik”. “Biz bilirik ki, Ukrayna hərbçiləri dronlardan rabitə vasitəsi kimi istifadə edir. Lakin biz onlardan heç vaxt hücum məqsədləri üçün istifadə edilməməsini istəyirik”.
Qeyd edək ki, Yanvarın 28-də Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının alışını artırdığını və bunun üçün bu il təqribən 544 milyon dollar ayıracağını bildirdi. Ukrayna ordusundakı pilotsuz təyyarələr Starlink peyk rabitə terminalları ilə təchiz ediləcək.
Büllur Məmmədova / aktualtv.az










