Avropa İttifaqının dövlət və hökumət başçıları Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün Rusiyaya təzyiqləri artırmağa çalışacaqlar.
Aktualtv.az xəbər verir ki, bu barəd Brüsseldə keçirilən icma sammitinin yekunlarına dair yaydıqları bəyanatda deyilir.
“Avropa İttifaqı beynəlxalq tərəfdaşlarla məsləhətləşərək, Rusiyaya qarşı kollektiv təzyiqi dəstəkləyəcək və daha da artırmağa çalışacaq. Avropa İttifaqı qlobal tərəfdaşlarla sıx koordinasiya və əməkdaşlıq şəraitində məhdudlaşdırıcı tədbirləri gücləndirməyə davam etməyə hazırdır.”
Sənəddə vurğulanır ki, “Avropa İttifaqı müharibə davam edənə qədər, Ukraynaya sarsılmaz dəstək verəcək”. Sammit iştirakçıları Ukraynaya hərbi və maliyyə yardımını genişləndirmək əzmində olduqlarını bir daha bəyan ediblər. Sənəddə bildirilir ki, münaqişənin başlanğıcından bəri Avropa İttifaqı və ona üzv dövlətlərin Kiyevə göstərdiyi ümumi yardım 67 milyard avro, silah təchizatı isə 12 milyard avro həcmində qiymətləndirilir.
Aİ liderləri həmçinin yaralanan Ukrayna əsgərlərinin sonradan mülki həyata yenidən inteqrasiyası üçün onların müalicəsi və reabilitasiyası proqramını işə salmağa söz veriblər.
Murad Həsənov / aktualtv.az