ABŞ hava məkanına daxil olan Çin şarı beynəlxalq hüququ pozub, lakin ümumilikdə ABŞ-nin milli təhlükəsizliyini ciddi şəkildə pozmayıb.
Aktualtv.az xəbər verir ki, bunu müsahibəsini yayımlayan Amerikanın ispandilli Telemundo telekanalına ABŞ prezidenti Co Bayden deyib.
Bunu cümə günü müsahibəsini yayımlayan Amerikanın ispandilli Telemundo telekanalına ABŞ prezidenti Co Bayden deyib.
Co Bayden, “Hər halda, bu, ciddi pozuntu deyil. Təbii ki, bu, beynəlxalq hüququn və hava məkanımızın pozulmasıdır. Hava məkanımıza gəlincə isə, biz orada istədiyimizi edirik” deyib.
Xatırladaq ki, keçən həftə ABŞ rəsmiləri hava sərhədi üzərində bir Çin şarını aşkar etdilər. Fevralın 4-də ABŞ qüvvələri Birləşmiş Ştatların hava məkanında bu “şarı” vurdular. Pentaqonun sözlərinə görə, o, “vacib məlumat toplamaq”la məşğul olub.
Murad Həsənov / aktualtv.az










