Birləşmiş Ərəb Əmirlikləri Türkiyə və Suriyaya dəstək məqsədilə “Yiğit Süvari 2” əməliyyatına başlayıb – Özəl

Birləşmiş Ərəb Əmirlikləri mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən 7,7 və 7,6 ballıq zəlzələlər səbəbindən Türkiyə və Suriyaya indiyədək 22 yardım təyyarəsi göndərib.

Aktualtv.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xəbər agentliyi WAM Türkiyə və Suriyaya humanitar yardımla bağlı məlumat verib.

Xəbərə görə, Əbu-Dabi rəhbərliyi qurduqları hava körpüsü ilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 640 ton yardım daşıyan 22 təyyarə göndərib.

Qida tədarükü ilə yanaşı, 515 çadır daşıyan 7 təyyarə Suriyaya, tam təchiz olunmuş səyyar səhra xəstəxanasını daşıyan 15 təyyarə, eləcə də axtarış-xilasetmə qrupları Türkiyəyə göndərilib.

Xəbərə görə, sahə xəstəxanasında təcili yardım, əməliyyat otaqları, reanimasiya şöbələri və poliklinikalar, laboratoriya, aptek, rentgen və tomoqrafiya xidmətləri, həmçinin 50 çarpayılıq xidmətlər fəaliyyət göstərir.

Fevralın 7-də BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə BƏƏ Müdafiə Nazirliyi Türkiyə və Suriyada baş verən zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Yiğit Süvari 2” əməliyyatına başlayıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]