Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə korrupsiya və rüşvətxorluq daha da artıb.
Aktualtv.az xəbər verir ki, bu barədə “Transparency International”ın 2022-ci il üçün Korrupsiya Qavrama İndeksinin hesabatında bildirilib. Sənədə əsasən, Ermənistan nəinki durğunluqdan çıxa bilməyib, əksinə 3 xal itirərək mövqeyini zəiflədib. Hazırda Ermənistan bu göstərici üzrə 46 xalla 63-cü yerdədir. Qəzetin yazdığına görə, Paşinyan bütün bunlara görə başqalarını günahlandırır.
Belə ki, Hökumət başçısı fevralın 9-da parlamentin iclasında korrupsiya ilə bağlı sorğu-suala cavabında “Məsələn, mən hesab edirəm ki, bu və ya digər məmur haqqında mediada yazılanların burada rolu var. Ancaq mənim müxtəlif korrupsiya sövdələşmələrindən xəbərim yoxdur” deyə cavab verib.
Etibar Məmmədov / aktualtv.az










