“Ölməmək üçün anamın çiçəklərini yedim” – Dağıntılar altından sağ çıxan oğlan

Qaziantepdə zəlzələ nəticəsində 5 mərtəbəli yaşayış binası tamamilə dağılıb. 

Ərazidə axtarış-xilasetmə işləri davam edir. Belə ki, 94 saat sonra dağıntılar altında sağ çıxarılan 17 yaşlı Adnan Muhammet Korkut mətbuata danışıb. 

O, bu 94 saat ərzində yaşadığı anları yerli KİV-lə bölüşüb: 

“Zəlzələ olanda salonda idim.  Bir anlıq özümü dağıntılar altında tapdım. Üşüməmək üçün üzərimə adyal atdım. Dağıntılar altından çıxmaq üçün çox çalışdım, amma bacara bilmədim. Günlərlə hərəkət etmədən orada qaldım. Aclıqdan ölməmək üçün anamın çiçəklərini yedim, su olaraq da öz idrarımı içdim. Telefonum çəkmirdi. Sakitcə AFAD-ın gəlməsini gözlədim. Anam və atamdan xəbərim yox idi.  Sadəcə itimin səsini eşidirdim. Çoxlu dua edirdim. Şükürlər olsun ki, 94 saat sonra dağıntılar altından çıxarıldım”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]