Rusiya neft hasilatını azaldacaq – Özəl

Rusiya mart ayında neft hasilatını könüllü olaraq sutkada 500 min barel azaltmağı planlaşdırır.

Aktualtv.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Bu gün biz hasil edilən neftin bütün həcmini tam satırıq, lakin əvvəllər deyildiyi kimi, biz birbaşa və ya dolayısı ilə “qiymət tavanı” prinsiplərinə əməl edənlərə neft satmayacağıq”, – deyə o bildirib.

“Bununla əlaqədar, Rusiya mart ayında könüllü olaraq hasilatı sutkada 500 min barel azaldacaq. Bu, bazar münasibətlərinin bərpasına kömək edəcək”, – Novak əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, “qiymət tavanı” mexanizmi digər sənaye sahələrində neft və məhsul qıtlığına təsir göstərə bilər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]