UEFA da Türkiyəyə yardım ayırdı

UEFA bir neçə gün əvvəl baş verən güclü zəlzələdən zərərçəkənlərə görə  Türkiyəyə və Suriyaya yardım ayırıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA zərərçəkənlər üçün ümumilikdə 200 min avro ödəyəcəyini bildirib.

Bu yardımdan 150 min avro Türkiyə Futbol Federasiyasının hesabına, 50 min avro isə Beynəlalq Yardımlaşma və İnteqrasiya Vəqfinin hesabına köçürüləcək. Daha sonra həmin məbləğ zəlzələdən zərər görən bölgələrdəki insanlar üçün sərf olunacaq.

UEFA-nın prezidenti Aleksander Çeferin isə məsələ ilə bağlı açıqlamasında deyib ki, UEFA baş verən dramatik hadisə səbəbindən ilk yardımını edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]