Yaponiya hakimiyyəti Ukraynanın dəstəyinin bir hissəsi olaraq yayım və telekommunikasiya avadanlıqlarını Ukrayna tərəfinə verib.
Aktualtv.az xəbər verir ki, bu barədə cümə günü Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi bildirib.
Yaponiya hökuməti, həmçinin Dünya Bankının təşkil etdiyi Ukraynaya dəstək üçün fondların maliyyələşdirilməsi üçün dövlət istiqrazlarından istifadə etməyə imkan verən qanunvericiliyə dəyişiklikləri qəbul edib.
“Biz bir neçə mobil yayım stansiyasını təhvil verdik”, – deyə rəsmilər tərəfindən bildirilib. Həmçinin son bir ildə münaqişələr nəticəsində Ukraynada televiziya yayım sistemlərinin ciddi zədələndiyini vurğulanıb.
Yaponiya Xarici İşlər Nazirliyi, bu il G7-nin lideri olan Yaponiyanın beynəlxalq arena ilə birlikdə Ukraynaya və Ukrayna xalqına dəstək göstərməyə davam edəcəyini vurğulayıb.
Büllur Məmmədova / aktualtv.az










