Yeni marşrut xətti açılır

Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsindən “Xocəsən” metrostansiyası istiqamətində 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilir. 

Bu barədə Aktualtv.az a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, yeni marşrut xətti şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metrostansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq açılıb.

Qeyd edilib ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13 fevraldan fəaliyyət göstərəcək və xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]