Yeni Zelandiya da hər iki dövlətə yardım edəcək – Özəl

Yeni Zelandiya Türkiyə və Suriyada yardım səylərini dəstəkləmək üçün əlavə 1,89 milyon dollar humanitar yardım elan edib.

Aktualtv.az xəbər verir ki, xarici işlər nazirinin müavini David Parker açıqlamasında zəlzələlərin Türkiyə və Suriya xalqları üçün dağıdıcı olduğunu vurğulayaraq, Yeni Zelandiyanın təbii fəlakətdən zərər çəkənlərin ailələri və yaxınlarının ağrısını paylaşdığını qeyd edib.

Parker, yardımın 1,26 milyon dollarının Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə Türkiyəyə göndəriləcəyini, təxminən 631 min 500 dollarının isə Suriyada istifadə edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) bağışlanacağını bildirib.

Parker həmçinin bildirib ki, iki yanğınsöndürmə və fövqəladə yardım mütəxəssisi Türkiyədə axtarış və xilasetmə işlərinə dəstək olmaq üçün zəlzələ baş verən sahədə olub.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]