Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi – FOTOLAR

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adanada da bir çox bina dağılıb. Hadisədən sonra Adananın Çukurova rayonunda dağılan 14 mərtəbəli lüks binanın sahibi saxlanılıb.

Binanın sahibi olan Həsən Alpargün oğlu ilə zəlzələnin ilk günü Kiprə qaçıblar. Çox keçməyib ki, iş adamı polis tərəfindən yaxalanıb.

Belə ki, Həsən Alpargünün oğlu atasının yaxalanmasında böyük rol oynayıb. O, polisə zəng edərək, atasının Kiprə qaçdığını etiraf edib.

33 yaşlı Həsən Can Alpargün, “Atamı polisə mən şikayət etmişəm. Bəli, onunla birlikdə Kiprə gedirdim. Mənim heç bir günahım yoxdur. O binalar tikiləndə mənim 5 yaşım var idi. Zəlzələdə dağılan binaya cavabdeh mən deyiləm, atamdır. O da qanun qarşısında cavab verəcək”.

Bildirək ki, 14 mərtəbəli lüks bina zəlzələ nəticəsində tamamilə uçub. Hadisədə 65-ə yaxın insan həyatını itirib, onlarla şəxs isə yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]