İran televiziyası şərhçiyə türkcə danışmağa icazə vermədi – VİDEO

İran çempionatının 19-cu turu çərçivəsində Təbrizin “Traktor” klubu ilə Tehranın “Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Tanınmış Güney azərbaycanlı aparıcı və şərhçi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış faciəvi şəraitə görə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.

“İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman millətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, – deyə Rəcəbi vurğulayıb.

Modern.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]