Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir – VİDEO

Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək.

Aktualtv.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər. 

Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”.

Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]