ABŞ ordusu nüvə silahlarının yerləşdirildiyi Montana ştatı üzərində anormal radar fəaliyyəti aşkar etdiyi üçün ərazini müvəqqəti olaraq uçuşlara bağlayıb.
Aktualtv.az xəbər verir ki, Çin şarının, Alyaska və Kanada üzərində naməlum obyektlərin Vurulmasından sonra Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bu dəfə Amerikanın nüvə silahlarının yerləşdiyi Montana ştatında hərəkətə keçib.
Komandanlıqdan verilən açıqlamada belə deyilir:
“NORAD, Federal Aviasiya İdarəsi ilə əməkdaşlıq çərçivəsində NORAD əməliyyatı zamanı bölgədəki hava nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün 11 fevral 2023-cü il tarixində Montana mərkəzinə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edir”.
Xatırladaq ki, ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində əvvəllər aşkar etdiyi Çin yüksək hündürlükdəki hava şarını vurub.
Büllur Məmmədova / aktualtv.az










