ABŞ-nin müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikov ilə Vaşinqton və onun müttəfiqlərinin Ukraynaya hərbi yardım göstərmək üzrə təmas qrupunun gələn həftə Brüsseldə keçiriləcək növbəti görüşünün prioritet məsələlərini müzakirə ediblər.
Aktualtv.az xəbər verir ki, bu barədə Pentaqonun şənbə günü yaydığı bəyanatda deyilir.
“ABŞ-nin Müdafiə naziri Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə gələn həftə Brüsseldə Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasının hava hücumundan müdafiə və artilleriya da daxil olmaqla prioritetlərini müzakirə edib”, – məlumatda deyilir.
Bundan əlavə, müdafiə nazirliyinin rəhbərləri döyüş bölgəsindəki vəziyyəti də müzakirə ediblər.
Səbinə Kərimova / aktualtv.az










