Türkiyədə baş verən zəlzələ nəticəsində Adıyamanda dağılan bir çox binanın sahibi olduqları müəyyən edilən Yavuz Qaraquş və Sevilay Qaraquş Gürcüstana qaçmaq istəyərkən İstanbul Hava Limanında yaxalanıblar.
Aktualtv.az xəbər verir ki, Yavuz Qaraquş və Sevilay Qaraquş Gürcüstana qaçmaq istəyərkən İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanılıb.
Şübhəlilərin Adıyamanda zəlzələ nəticəsində dağılan bir çox binanın tikinti rəhbərləri olduqları müəyyən edilib. Saxlanılan zaman onların üzərindən 16 min dolar və 20 min türk pulu çıxıb.
![](https://aktualtv.az/wp-content/uploads/2023/02/9896_dhaphoto1.jpg)
Səbinə Kərimova / aktualtv.az