Fransa hökumətinin təklif etdiyi pensiya islahatına qarşı keçirilən nümayişlərdə azı 963 min insan iştirak edib.
Aktualtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bildirib ki, Parisdə etirazların dördüncü günündə aksiya iştirakçılarının sayı 93 min nəfər təşkil edib. Bu, digər günlərlə müqayisədə rekord göstərici sayılır. Bundan əvvəl bu rəqəm 57 min nəfər olub.Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarına görə, Parisdəki nümayişlərdə 500 min, ölkə üzrə isə 2,5 milyon etirazçı iştirak edib.Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar da qeydə alınır. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişlərdə 8 nəfər saxlanılıb.
Fevralın 11-də Fransanın 240-dan çox şəhərində, o cümlədən Marsel, Lion, Tuluzada nümayişlər keçirilib. Təhlükəsizliyi təmin etmək üçün ölkə üzrə 10 minə yaxın polis səfərbər edilib, onlardan 4,5 mini paytaxtda asayişə riayət olunmasına nəzarət edib.İslahatlar minimum pensiya yaşının 2030-cu ilə qədər 62-dən 64 yaşa qədər artırılmasını, minimum tam məbləğdə 1,2 min avroya qədər artırılmasını nəzərdə tutur. Hazırda qanun layihəsinə Fransa Milli Assambleyasının deputatları baxır.
Etibar Məmmədov / aktualtv.az