Hökumət əleyhinə aksiya – Minlərlə insan qatılıb – Özəl

Nümayişçilər baş nazir Edi Ramanı korrupsiyada ittiham edərək,ölkə iqtisadiyyatını düzgün idarə etmədiyi üçün istefasını tələb ediblər.

Aktualtv.az xəbər verir ki, ölkənin Demokrat Partiyasının lideri, sabiq prezident və baş nazir Sali Berişa ilə Azadlıq Partiyasının lideri olan keçmiş prezident İlir Meta da hökumət binası qarşısında keçirilən aksiyada iştirak edib. Nümayişçilər polis qüvvələrinin cəlb olunduğu binanın girişinə tüstü bombaları atıblar. Müxalifət həmçinin Ramanı keçmiş ABŞ əks-kəşfiyyatçısı çarlz Makqoniqala 225 min dollar rüşvət verməkdə də ittiham edir. Onun 2017-ci ildə Albaniyaya səfəri çərivəsində baş nazirlə görüşdüyü və ölkənin neft yataqlarının qazma lisenziyasını Rusiya şirkətlərinə verməməsini tövsiyə etdiyi iddia olunur. Edi Rama bu görüşü təsdiqləsə də, Lakin əks-kəşfiyyatçıya pul və lisenziya verilməsi ilə bağlı iddiaları rədd edib.

Qeyd edək ki, Berişanın baş nazir olduğu 2005-2013-cü illərdə demokratiyaya xələl gətirən korrupsiya fəaliyyətlərini əsas gətirərək, onun və ailə üzvlərinin 2021-ci ildə ABŞ-yə girişinə qadağa qoyulduğu üçün hazırda müxalif partiyanın daxilində də qarşıdurmalar yaşanır. Bu səbəbdən aksiyaya demokratların hamısı qatılmayıb. Buna baxmayaraq Berişa parlamentdə bazar ertəsi növbəti aksiyaya da çağırış edib. Qeyd edək ki, may ayında Albaniyada bələdiyyə seçkiləri keçiriləcək.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]