Kanadalılar Türkiyədə zəlzələ qurbanları üçün səfərbər olub – Özəl

Kanadada “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkənlərə yardım kampaniyaları davam edir.

Aktualtv.az xəbər verir ki, zəlzələlərdən sonra Türkiyənin Toronto, Monreal və Vankuverdəki Baş Konsulluqlarının koordinasiyası ilə açılan yardım mərkəzləri Kanada xalqı ilə yanaşı, ölkədəki müsəlman icması tərəfindən də dəstəklənir.

Türkiyənin Torontodakı baş konsulu Sinem Minqan, “Yardımlar türk cəmiyyətini və bizi çox üstələyib. Hər təbəqədən kanadalılar topladıqları yardımlarla mərkəzlərimizə axışır. Gözyaşardıcı anlar yaşayırıq” deyib.

Sinem Minqanı əlavə edib ki, “Müsəlman icmaları ilə yanaşı, Türkiyəyə heç vaxt ayaq basmamış kanadalı dostlarımızdan da böyük ianələr alırıq. Onlara təşəkkür edəndə “bu, bizim Türkiyəyə borcumuzdur” deyirlər. Bunu hətta burada da görə bilərsiniz”.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]