Rusiyanın Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi gəmidə problem yaranıb – Özəl

Roskosmosun Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi təchizat gəmisində birləşmə zamanı kabin təzyiqi düşüb.

Aktualtv.az xəbər verir ki, verilən məlumata görə, stansiya ilə Proqress MS-21 gəmisi arasındakı qapı bağlandığı üçün baş vermiş hadisənin stansiyaya heç bir təsiri olmayıb. Həmçinin ekipaj üçün təhlükə yaranmayıb. Hazırda stansiya daxilində temperatur və təzyiqin norma daxilində olduğu qeyd edilib.

Roskosmosun açıqlamasında o da bildirilib ki, yük gəmisi planlaşdırılan utilizasiyadan əvvəl tullantılarla dolu olub. Proqress MS-21 stansiyadan çıxacaq və 18 fevralda atmosferdə yanmaq üçün orbitdən ayrılacaq. Qəzadan sonra stansiyaya yeni bir karqo kosmik gəmisi yanaşıb. Proqress MS-22 adlı gəmi ilə ekipaj üçün 3 ton ərzaq, su və yanacaq çatdırılıb. Roskosmos öncəki gəmidəki təzyiq düşməsinin yeni yük gəmisinin stansiyaya yaxınlaşmasına problem yaratmadığını və stansiyanın növbəti proqramlarına da təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl isə kiçik bir meteoroid Rusiyanın Soyuq ekipaj kapsuluna zərər vurmuşdu. Astronavtları yerə çatdırmalı olan kapsulun zədələnməsi nəticəsində soyuducu maye kosmosa dağıldığından, yeni bir Soyuz kapsulu göndərilmişdi.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]