Uçuşlar təxirə salındı – Qasırğa gözlənilir – Özəl

Yeni Zelandiyada qasırğa proqnozu ilə əlaqədar bəzi beynəlxalq uçuşların, eləcə də Oklend şəhərindən daxili reyslərin ləğv edildiyi açıqlanıb.

Aktualtv.az xəbər verir ki, Yeni Zenlandiya hava yollarından verilən açıqlamaya görə, Qabrielle qasırğası səbəbindən Oklend şəhərindən bütün daxili uçuşlar və bəzi beynəlxalq reyslər, həmçinin Hamilton, Tauranga və Taupo şəhərlərinə geri dönən daxili reyslər ləğv edilib.

Bəzi beynəlxalq marşrutlar fəaliyyətini davam etdirəcək.

Yeni Zelandiyanın şimalına təsir edən Qabrielle qasırğası səbəbindən sabah Oklenddə güclü yağış gözlənilir.

Xatırladaq ki, Yanvarın 29-da Oklend şəhərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 4 nəfər həlak olub.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]