Ukrayna prezidenti Vladimir Zelenski Çerniqov şəhərinin hərbi administrasiyasının yaradılması haqqında fərman imzalayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə UNİAN agentliyi sənədə istinadən məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Çerniqov Vilayət Dövlət Administrasiyası “Hərbi vəziyyətin hüquq sistemi haqqında” qanuna uyğun olaraq, 1-ci maddədə göstərilən hərbi idarənin yaradılması ilə bağlı tədbirlər həyata keçirsin”- sənəddə deyilir.
Hərbi idarəyə kimin rəhbərlik edəcəyi hələlik məlum deyil.
Səbinə Kərimova / aktualtv.az