18 ərəb ölkəsi Türkiyəyə yardım göstərib – Özəl

Bunlardan 16-nın zəlzələdən zərərçəkənlərə yardımları artmaqdadır.

Aktualtv.az xəbər verir ki, Səudiyyə Ərəbistan axtarış-xilasetmə qrupunu daşıyan 5 təyyarə göndərib. Bununla yanaşı ölkədə, Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına dəstək üçün 66,6 milyon dollar toplanıb.

Küveytdə bu məbləğ 67, Qətərdə isə 46 milyon dollara çatıb. 46 milyon dolların 14 milyonunu elə Qətər əmiri Təmim bin Həməd Al Sani verib. Bununla yanaşı, iki ölkəyə birlikdə 10 min konteyner ev göndərməyi öhdəsinə götürən Doha ilk bölümü artıq Türkiyəyə yola salıb.

Birləşmiş Ərəb Əmirlikləri isə Türkiyəyə 50 milyon dollar göndərəcəyini bildirib. İraq 150 nəfərlik xilasedici qrup yollamaqla bərabər, 14 yük maşınından ibarət soba yardımını Türkiyəyə çatdırıb. Tunis qida, dərman, uşaq yeməyi, yorğan və gigiyenik bezlərdən ibarət 14 tonluq yardım paketini türklər və suriyalılar üçün səfərbər edib. Dəstək paketini Türkiyəyə çatdıracaq təyyardə axtarış-xilasetmə qrupu da formalaşdırılıb. Türkiyə üçün qrupa 41 nəfər, Suriya üçün isə 20 nəfər toplanıb. Fələstin 27, Livan 83, Sudan 40 nəfərlik heyəti al bayraqlı ölkəyə yollayıb. Əlcəzair isə Türkiyəyə 30, Suriyaya 15 milyon dollarlıq yardım təlimatı verib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]