ABŞ vətəndaşlarına çağırış etdi – Dərhal Rusiyanı tərk edin – Özəl

ABŞ-nin Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

Aktualtv.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.

Xəbərdarlıqda Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya getməmək tövsiyə edilib, həmçinin bu ölkədə yaşayan və ya səyahət edənlərə dərhal oranı tərk etmək barədə çağırış olunub. Sənəddə qanunun özbaşına icrası, eləcə də səfirliyin Rusiyada ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu və terror ehtimalının olduğu vurğulanıb. ABŞ diplomatik missiyası həmçinin bildirib ki, Rusiya hakimiyyəti ikili vətəndaşlığı olan şəxslərin ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, onlara ABŞ konsulluq yardımı almaqdan maneçilik törədə, Rusiyanı tərk etmələrinin qarşısını ala və ya hərbi xidmətə çağıra bilər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]