Humanitar dəhlizlərin açılması müzakirə olunur – Özəl

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen Dəməşqdə ölkənin şimal-qərb bölgələrinə humanitar yardımın çatdırılması mexanizmini müzakirə edəcək.

Aktualtv.az xəbər verir ki, norveçli diplomatın sözlərinə görə, ölkənin xarici işlər naziri Feysal Mikdad ilə keçiriləcək görüşdə humanitar dəhlizlərin açılması məsələsi müzakirə olunacaq. Pedersen, həmçinin qeyd edib ki, hazırda BMT maliyyə resurslarını səfərbər edir.

Qeyd edək ki, fevralın 10-da Suriya Nazirlər Şurası zəlzələdən zərər çəkmiş bütün bölgələrə, o cümlədən Dəməşqin nəzarətində olmayan ərazilərə humanitar yardımın çatdırılması barədə qərar qəbul edib. Bu yardımın paylanmasına Beynəlxalq Qızıl Xaç Komitəsi və Suriya Qızıl Aypara Cəmiyyəti BMT agentlikləri ilə əməkdaşlıq çərçivəsində nəzarət edəcək. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8 min 500-ə çatıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]